Infoteka.az
Sosial

ETSN: “Əməkdaşlarımız Gədəbəydə monitorinq və araşdırmalar aparırlar”

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Gədəbəydə monitorinq və araşdırmalar aparır”.

Bunu “Report”un sorğusuna cavab olaraq nazirliyin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bütün təsirlər öyrəniləcək, təhlillər aparılacaq, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Gədəbəyin Söyüdlü kəndində yerli sakinlər qızıl mədənindən çıxan sianidli suyun çökdürülməsi üçün süni gölün yaradılmasına etiraz edirlər.

Infoteka.az