Naxçıvanda hava şəraitinin müvəqqəti yaxşılaşması ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” dünəndən etibarən təxirə salınmış dörd reys həyata keçirib. Bunlar müvafiq olaraq J2-2251, J2-265, J2-261 və J2-257 reysləridirlər.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.
Gecikmiş J2-267 reysinin sərnişinlərinin Bakıdan Naxçıvana saat 10:40-da uçacağı gözlənilir.
Bu marşrut üzrə digər gecikmiş reyslərin sərnişinlinə uçuş vaxtı haqqında əlavə məlumat mümkün olduğu təqdirdə veriləcək.
Meteoroloqların proqnozuna görə, Naxçıvanda hava şəraiti gündüz saatlarında yenidən pisləşə bilər, bununla əlaqədar AZAL sərnişinlərdən reysinin yola salınması ilə bağlı məlumat gözləməyi və daha sonra hava limanına gəlməyi xahiş edir.
Gecikmiş reyslərlə bağlı aktual məlumatı aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə, həmçinin callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqla əldə etmək mümkündür.