Infoteka.az
Hadisə

Belarusda Rusiya helikopteri qəzaya uğradı

Belarusda Rusiyaya məxsus “Mi-24” helikopteri qəzaya ugrayıb.

Bu barədə Belarus Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, helikopter günorta saatlarında Baranoviç bölgəsində sərt eniş edib.

Nazirliyin məlumatına görə, ekipaj üzvləri müxtəlif bədən xəsarətləri alıblar, hadisə yerində dağıntı yoxdur. Hadisənin səbəbləri müəyyənləşdirilir.

“Motolko help” nəşri isə iddia edir ki, qəzaya uğrayan Rusiya Aerokosmik Qüvvələrinin helikopteridir. İlkin məlumata görə, helikopter İvaseviç və Baranoviç arasındakı M1 magistralı yaxınlığında düşüb.

Lakin Müdafiə Nazirliyinin rəsmi hesabatında helikopterin konkret kimə məxsus olduğu barədə məlumat verilməyib.

Infoteka.az