Infoteka.az
Sosial

Neftçala İH-dən icra başçısının döyülməsi iddialarına cavab

“Sosial şəbəkələrdə Neftçalanın icra başçısının döyülməsi ilə bağlı yayılan məlumatlar heç bir həqiqəti əks etdirmir”.

Bu barədə Oxu.Az sorğusuna cavab olaraq icra hakimiyyətindən məlumat verilib.

Neftçala İcra Hakimiyyəti sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Neftçala RİH başçısı M.Seyidovun səyyar qəbul zamanı vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar yayılıb.

Infoteka.az