Türkiyənin milli valyutası olan lirənin 2021-ci ilin mart ayından bəri ABŞ dollarına qarşı məzənnəsi rekord səviyyəyə enib.
Belə ki, hazırda 1 dollar 25,11 lirə təşkil edir.
Bundan əvvəl Türkiyə Mərkəzi Bankı əsas uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırdığını açıqlamışdı.
Bu, ölkə iqtisadiyyatında böhrana qarşı mübarizə və pul siyasətinin sərtləşdirilməsi tədbirləri çərçivəsində həyata keçirilib.