“Vaqner”in Sankt-Peterburqdakı ofisi mühasirəyə alınıb.
Məlumata əsasən, Sankt-Peterburq şəhərinin Zolotoy küçəsində yerləşən “Vaqner” Özəl Hərbi Şirkətinin binası Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Binanın yerləşdiyi əraziyə girişdə polis əməkdaşları, eləcə də Milli Qvardiyanın əməkdaşları xidmət aparır.
Hazırda ətrafda vəziyyət stabildir.