Azərbaycanda "tiktok" sosial şəbəkəsi fəaliyyətini bərpa edib.
İnfoteka.az xəbər verir ki, sosial şəbəkəyə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Xatırladaq ki, 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatlardan sonra Azərbaycanda "TikTok” sosial şəbəkəsi bağlanmışdı. "TikTok"un bağlanmasına səbəb ordunun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayılmasının qarşısının alınması olub.