Infoteka.az
Siyasət

Pakistan səfiri tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee diplomatik korpus nümayəndələri ilə birgə Laçına gedib.

Bu barədə Pakistan səfiri "Twitter" hesabında paylaşım edib.

"Bu körpü (Laçın körpüsü-red.) Azərbaycan və Ermənistan arasında sülh körpüsü ola bilərmi? Diplomatik korpusla birgə Laçın rayonunda səfərdəyəm. Ümid edirəm ki, tezliklə Cənubi Qafqazın iki qonşusu arasında tam normallaşmaya aparan sülh müqaviləsi olacaq", - pakistanlı diplomat bildirib.

Infoteka.az