Infoteka.az
Dünya

Tokayev Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

Bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Tokayev iclas zamanı Baş nazirin, Baş prokurorun, Milli Təhlükəsizlik Komitəsinin sədrinin, müdafiə, daxili işlər və xarici işlər nazirlərinin Rusiyadakı vəziyyətlə əlaqədar verilən tapşırıqların icrası ilə bağlı həyata keçirilən tədbirlər barədə məruzələrini dinləyib.

Qazaxıstan lideri qeyd edib ki, Rusiyada baş verənlərin bu ölkənin daxili işi olmasına baxmayaraq, Qazaxıstan xalqı dost ölkədəki vəziyyəti narahatlıqla qarşılayıb:

“Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır”.

Tokayev onu da əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiya hakimiyyətinin konstitusiya quruluşunun bərpası və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərini dəstəkləyib.

Rusiyada hərbi qiyamın dayandırılmasına dair razılaşmanı alqışlayan Qazaxıstan lideri vurğulayıb ki, qanunun aliliyi prinsipi ictimai asayişin və sosial-iqtisadi inkişafın təmin edilməsinin əsası kimi istənilən dövlətin, o cümlədən Qazaxıstanın daxili siyasətində əsas prioritet olmalıdır.

Infoteka.az