Infoteka.az
Dünya

Yunanıstanda parlament seçkiləri keçirilir

Yunanıstanda parlament seçkilərinin keçirilməsi üçün seçki məntəqələri açılıb.

Yunanıstanda parlament seçkiləri üzrə seçki məntəqələri bu gün Bakı vaxtı ilə səhər saat 08:00-da açılıb və saat 20:00-dək açıq qalacaq.

Seçki məntəqələri bağlandıqdan dərhal sonra “Exit-poll”un nəticələri elan olunacaq.

Yunanıstanda 9,8 milyona yaxın seçici qeydə alınıb və onlar birpalatalı parlamentin 300 üzvünü seçməlidirlər.

Infoteka.az