Infoteka.az
Sosial

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği təsdiq edilib

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.

Bu Qərar dərc edildiyi tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

Qeyd edilib ki, Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun olaraq müəyyən edilir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanu- nunun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği təsdiq edilib
Infoteka.az