İtaliyanın "Milan" klubunun futbolçusu Rafael Leau karyerasını Fransa PSJ-sində davam etdirə bilər.
İnfoteka.az "Mediafoot" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı hücumçu üçün 150 milyon avro ödəməyə hazırdır.
Müqaviləyə əsasən, portuqaliyalı oyunçu yalnız bu məbləğ ödəniləcəyi təqdirdə komandadan ayrıla bilər. Futbolçu ilə İngiltərənin "Çelsi" klubu da maraqlanır.
Qeyd edək ki, Rafael Leau 2019-cu ildən "Milan"da çıxış edir. Onun İtaliya klubu ilə sözləşməsi 2024-cü ildə başa çatmalıdır.