Infoteka.az
Siyasət

Azərbaycan, Ermənistan XİN rəhbərlərinin Blinkenin iştirakı ilə görüşü başlayıb

ABŞ-ın dövlət katibi Antoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "Twiter"də məlumat yayıb.

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqların növbəti raundu Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Xarici Əlaqələr üzrə Milli Tədris Mərkəzində keçirilir.

Qeyd edək ki, A.Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.

Infoteka.az