“Bu həftə Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə nail olmaq vacibdir”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bu gün keçirdiyi brifinqdə bəyan edib.
“Bundan əvvəl hər iki tərəflə görüşlər keçirdik. Dövlət katibi dəfələrlə hər iki xarici işlər naziri ilə danışıqlar aparıb. Hesab edirik ki, bu görüşlər vacibdir. Bu həftə irəliləyiş əldə etməyin vacib olduğunu düşünürük. Biz hesab edirik ki, hər iki tərəf fikir ayrılıqlarını bir kənara qoysa, sülh əldə edilə bilər”, - deyə o qeyd edib.