Fransada iğtişaşlar zamanı bir nəfər həlak olub.
Bu barədə yerli media məlumat yayıb.
Fransa polisindən verilən açıqlamada qarşıdurma zamanı həyatını itirən 20 yaşlı gəncin mağazanın damından yıxıldığı, polisin gənci məqsədli şəkildə hədəf almadığı bildirilib.
İctimai nəqliyyat xidmətləri dayandırılıb. Digər tərəfdən Fransa hökuməti ölkədə saat 21.00-dan etibarən ictimai nəqliyyat xidmətlərinin dayandırıldığını açıqladı və vətəndaşları evdə qalmağa çağırdı.