İspaniyanın “Marca” nəşri 2022/23-cü il mövsümünün ən yaxşı futbolçularının reytinqini təqdim edib.
İlk yerdə “Mançestr-Siti”-nin hücumçusu Erlinq Holand qərarlaşıb.
Erlinq Holand ötən mövsüm 52 oyunda 52 qol vurub, 9 məhsuldar ötürmə edib.
İkinci yerdə “İnter Mayami”-nin hücumçusu Lionel Messi, üçüncü yerdə Madridin "Real" klubunun braziliyalı hücumçusu Vinqer Vinisius yer alıb.
İlk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe və “Mançestr-Siti”-nin belçikalı oyunçusu Kevin de Brüyne var.