Infoteka.az
Dünya

Fransa Kommunist Partiyası iğtişaşlar zamanı sosial şəbəkələrin bağlanmasını təklif edib

Fransa Kommunist Partiyasının lideri Fabien Russel iğtişaşlar zamanı ölkədə sosial şəbəkələrin bağlanmasını təklif edib.

O, bu barədə “France Info” radiostansiyasına müsahibəsində bildirib.

Fabien Russel sosial medianın rolunun araşdırılmalı olduğunu söyləyib. Qeyd edib ki, ölkədə iğtişaş olanda sosial şəbəkələr söndürülməlidir. “Mən sosial şəbəkələrə münasibətdə fövqəladə vəziyyətin tətbiqinə üstünlük verirəm”, - deyə siyasətçi əlavə edib.

Russelin çıxışı sosial şəbəkələrdə ciddi tənqidə məruz qalıb.

Infoteka.az