ABŞ-ın “Northrop B-2 Spirit” bombardmançı təyyarəsi tarixdə ilk dəfə Polşaya gəlib.
İnfoteka.az xəbər verir ki, məlumatı “Ukraina online” yayıb.
Bildirilib ki, bu, ABŞ-ın “Northrop B-2 Spirit” ağır az nəzərəçarpan strateji bombardmançı təyyarəsidir. O, nüvə başlıqlı 16 qanadlı raket daşıya bilir. Təyyarə 27 min kq döyüş yükü daşımaq qabuiliyyətinə malikdir.