Infoteka.az
Dünya

Gürcüstan parlamenti “Georgian Airways”ə qarşı sanksiyaları ədalətsiz adlandırıb

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukrayna prezidenti Vladimir Zelenskinin “Georgian Airways” şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları ədalətsiz adlandırıb.

"Bu, Ukraynaya göstərdiyimiz həmrəylik fonunda gürcü xalqına qarşı ilk sərt və ədalətsiz qərar deyil", - spiker deyib.

İyulun 1-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiya, Belarus, Qazaxıstan və Gürcüstandan olan 190-dan çox fiziki və 291 hüquqi şəxsə qarşı 10 illik sanksiyalar tətbiq edib. Rusiyaya uçuşların bərpasından sonra Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və onun direktorlar şurasının sədri Tamaz Qayaşviliyə qarşı məhdudiyyətlər tətbiq edilib.

Infoteka.az