Infoteka.az
Dünya

Zelenski Ukrayna Silahlı Qüvvələrinə Belarus istiqamətini gücləndirməyi tapşırıb

İyulun 1-də Ukrayna prezidenti Vladimir Zelenski Rovensk Atom Elektrik Stansiyasında Ali Baş Komandanın qərargahının iclasını keçirib.

Bu barədə o, özünün Telegram kanalında yazıb.

Dövlət başçısının sözlərinə görə, qərargah iclası bu AES-də “stansiya üçün mümkün təhlükələri yerindəcə qiymətləndirmək üçün” keçirilib.

Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya Belarus istiqamətini gücləndirmək barədə göstəriş verib.

Infoteka.az