Infoteka.az
İqtisadiyyat

Rayon ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan arayışın alınması ilə bağlı dövlət rüsumu ləğv edilir

Azərbaycanda şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir.

İnfoteka.az-ın xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna dəyişiklik layihəsinin şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlandığı bildirilib və sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədi daşıdığı nəzərə çatdırılıb.

Dəyişiklik I oxunuşda qəbul edilib.

Infoteka.az