Infoteka.az
Texnologiya

“Volkswagen” elektrik avtomobillərinin istehsalını azaldır - SƏBƏB

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkəti Emdendəki zavodda tələbatın azalması səbəbindən elektriklə işləyən avtomobillərin istehsalını müvəqqəti olaraq azaldacaq.

Bu barədə “Nordwest-Zeitung” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, iki həftə ərzində şirkət ID.4 krossoverləri və ID.7 sedanlarının istehsalında iş növbələrinin sayını azaldacaq.

Həmçinin “Volkswagen” məzuniyyət müddətini iki həftədən üçə qədər artırıb və zavodun 1,5 min müvəqqəti işçisindən təxminən 300-ü avqust ayından etibarən işlərini tərk edəcək.

Şirkətin işçi şurası sədrinin sözlərinə görə, bu cür tədbirlər tələbin gözləniləndən 30% aşağı olması ilə əlaqədardır.

Bildirilib ki, “Passat” kimi daxili yanma mühərrikli avtomobillərin istehsal cədvəli dəyişməyib.

Infoteka.az