Dünyaca məşhur ABŞ-li müğənni Teylor Svift 32 dəfə cərimələnib.
Bu barədə “New York Post” məlumat yayıb.
Buna səbəb kimi müğənninin Nyu-Yorkdakı evinin qarşısında toplanan zibillər olub.
Teylor 3 mərtəbəli ev aldığı 2017-ci ildən bəri 32 dəfə cərimə olunub.
Onun evinin yaxınlığından tapılan tullantılar arasında qəzetlər, butulkalar, kartonlar, salfetlər və siqaret qutuları var.