Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Çinə səfər edəcək.
Aİ diplomatı gələn həftə Çin rəsmiləri ilə görüşmək üçün Pekinə gedəcək.
Aİ-nin Pekindəki səfiri Xorxe Toledonun sözlərinə görə, Cozep Borrell iyulun 10-da Pekinə gedəcək və xarici işlər naziri Qin Qanq və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.