Azərbaycanla Türkiyə arasında müdafiə sahəsindəki güclü əməkdaşlığın inkişaf edəcəyinə əminik.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin səfir Rəşad Məmmədovun Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşünə dair məlumatında bildirilib.
Qeyd edilib ki, səfir Rəşad Məmmədov Yaşar Güləri müdafiə naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan səfiri Rəşad Məmmədovu qəbul edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.