Infoteka.az
Dünya

Ukrayna XİN beynəlxalq ictimaiyyətə müraciət edib

Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edib.

İnfoteka.az xəbər verir ki, bu barədə qurumun sözçüsü Oleq Nikolenko tviterdə yazıb.

O bildirib ki, bugünkü hücumlar zamanı Kiyevdəki 2 diplomatik bina hədəf alınıb: “Həmin binalara ziyan dəyib. Diplomatların həyatı təhlükəyə atılıb. Bu, müharibə cinayətidir”.

O.Nikolenko beynəlxalq ictimaiyyəti dinc sakinləri qorumaq üçün Ukraynanı müasir raketdən müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

Infoteka.az