Infoteka.az
Dünya

Tədqiqatçılar meqalodonun ölümünün səbəbini təyin edən sübut aşkar ediblər

Bugünə qədər yaşamış ən qorxunc köpəkbalıqlarından biri olan Meqalodon son araşdırmalara görə soyuqqanlı olmayıb. Tədqiqatçılar fosilləşmiş meqalodon dişlərinin analizini apararkən bu köpəkbalığının qismən istiqanlı olduğunu hətta yaşadığı dənizdən 7 dərəcə daha isti olduğunu təyin ediblər. Tədqiqatçıların fikrincə qismən istiqanlı olan meqalodonun bədən tempraturunu qoruya bilməsi üçün böyük enerji tələb olunurdu. Bu isə tədricən meqalodonun nəslinin kəsilməsinə yol aça bilən təhlükə olduğu hesab edilir. 15 metr uzunluğa malik olan köpəkbalığının 3.6 milyon il öncə nəsli kəsilib.

 

Infoteka.az