Infoteka.az
Dünya

Peskov: Zaporojye AES ətrafında vəziyyət kifayət qədər gərgindir

Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyət kifayət qədər gərgindir.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Kiyevdən AES-ə qarşı təxribat təhlükəsinin böyük olduğunu söyləyib.

Peskov bildirib ki, Kiyevin AES-də planlaşdırdığı təxribat fəlakətli nəticələrə gətirib çıxara bilər.

Qeyd edək ki, Kiyev və Moskva Zaporojye AES-də təxribatlar baş verəcəyi ilə bağlı bir-birilərini ittiham edib.

Infoteka.az