Rusiya Azərbaycanın Qoşulmama Hərəkatının sədri rolunda fəaliyyətini yüksək qiymətləndirir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Rusiya Bakının Qoşulmama Hərəkatının sədri rolunda fəaliyyətini yüksək qiymətləndirir. Bakı Hərəkata rəhbərlik səlahiyyəti müddətində yüksək səviyyədə peşəkarlıq, kreativlik və işqabiliyyətlilik nümayiş etdirir”, - Rusiya XİN sözçüsü vurğulayıb.