Infoteka.az
İdman

“Qarabağ”ın legioneri Super Liqa klubuna keçir

“Qarabağ”ın müdafiəçisi Kevin Medina karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bu barədə türkiyəli jurnalist Ömer Necati Albayrak məlumat yayıb.

Elitaya vəsiqə qazanan “Çaykur Rizespor” kolumbiyalı futbolçunun xidmətində maraqlıdır.

O bildirib ki, tərəflər razılığa gəliblər. Hətta ilkin müqavilə də imzalanıb.

30 yaşlı futbolçunun “Qarabağ”la hələ iki illik müqaviləsi qüvvədə olduğundan “Çaykur Rizespor” onu transfer etmək üçün son Azərbaycan çempionuna təzminat ödəməlidir.

Medina 2020-ci ilin yayında Portuqaliyanın “Şaveş” klubundan “Qarabağ”a keçib.

Infoteka.az