Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "TikTok” sosial şəbəkəsinə girişin bərpa olunması xəbərinə münasibət bildirib.
Qurumdan AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, "TikTok” sosial şəbəkəsinə ölkə ərazisində giriş müvəqqəti olaraq məhdudlaşdırılıb:
"Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaqlar”.