Infoteka.az
Dünya

Ərdoğan İsveçin NATO-ya qəbulundan danışıb

Türkiyə NATO-ya ən çox töhfə verən ölkədir, bunu çox az ölkə edib. İttifaqın “açıq qapı” siyasətini dəstəklədik, dəstəkləyirik.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Finlandiyanın üzvlüyünü təsdiqləyərək prinsipial duruşumuzu ortaya qoyduq. Terrorçulara qucaq açanların üzvlüyünü isə təsdiqləyə bilmərik. Türkiyə terrorla arasına məsafə qoymayanlara necə təsdiq verə bilər? Madriddə ölkəmizə verilən sözlərə riayət edilməsini istəyirik”, - Ərdoğan qeyd edib.

Infoteka.az