Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib.
Qeyd edək ki, Mirsaleh Seyidov bu təyinatadək Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi olub.
Mirsaleh Seyidov həmin vəzifəyə 2016-cı ilin oktyabrında təyin edilib.
O, ədliyyə polkovnikidir.
Qeyd edək ki, Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənovun yerinə təyinat alıb.