Infoteka.az
Dünya

Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüklə bağlı yolu açılsın, biz də İsveçin NATO-ya qoşulmasına "hə" deyək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qoşulması üçün yeni şərt irəli sürüb.

Vilnüs sammitinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran Ərdoğan deyib ki, Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı yolu açılmalıdır.

“Türkiyənin Aİ-də önünü açın, biz də NATO-da İsveçin önünü açaq”, - Ərdoğan qeyd edib.

Infoteka.az