Infoteka.az
Dünya

G7 ölkələri Ukraynaya ayrıca təhlükəsizlik zəmanətinin təmin edilməsinə dair sənədi təsdiqləyib

Ukraynaya ayrıca təhlükəsizlik zəmanətinin təmin edilməsinə dair sənəd G7 üzvləri tərəfindən təsdiqlənib.

Bunu Yaponiya Baş naziri Funmio Kişida Vilnüsdə NATO ölkələri və Ukrayna Prezidentinin görüşündən sonra G7 liderlərinin brifinqində deyib.

“Bu sənəd Ukraynanı dəstəkləmək niyyətində olan bütün ölkələr üçün açıq olacaq və ümid edirəm ki, bu sənədə daha çox ölkə qoşulacaq. G7 ölkələri qətiyyətli şəkildə Ukraynanın yanında olmağa davam edəcək”, - Kişida qeyd edib.

Infoteka.az