Beynəlxalq şirkətə Söyüdlüdə tullantı anbarında qiymətləndirmə aparması təklif olunub və iyulun sonunda həmin şirkət tərəfindən bu işlərə başlanılacağı gözlənilir.
Bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.
Muxtar Babayev deyib ki, Söyüdlüdə mədənin istismarında müasir avadanlıq və texnologiyaların tətbiqi təklif edilib:
“Eyni zamanda, mövcud anbarın reabilitasiyası ilə bağlı da texniki təklif hazırlanacaq. İstismarçı şirkətin sosial-korporativ layihələri ilə bağlı şirkətə ciddi iradlar tutuldu”.