Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.
Bu barədə Ali Nümayəndə Borrelin "Twitter" hesabında bildirilib.
"Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanla ilə ilk təkbətək görüşümüzə şadam. Biz Avropa İttifaqı və Türkiyə münasibətlərinə, Şərqi Aralıq dənizindəki vəziyyətə və gərginliyin aradan qaldırılmasının önəminə, eyni zamanda bir sıra regional və qlobal məsələlərə diqqət yetirdik.
Mən konstruktiv şəkildə işləməyi səbirsizliklə gözləyirəm", - Borrel paylaşımında qeyd edib.
Xatırladaq ki, görüş Cakartada ASEAN ölkələrinin XİN rəhbərlərinin toplantısı çərçivəsində baş tutub.