Azərbaycanla Ermənistan arasında danışıqlarda Praqa görüşünün nəticələrinə əsasən, verilən açıqlamadan sonra yeni irəliləyiş yoxdur.
İnfoteka.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan Türkiyə XİN başçısı Mövlud Çavuşoğulunun sözlərini şərh edərkən deyib.
O yeni detallar olarsa, bu barədə ictimaiyyəti müvafiq qaydada məlumatlandıracaqlarını qeyd edib.
Xatırladaq ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Ermənistan-Türkiyə normallaşmasına toxunarkən Azərbaycanla Ermənistanın sülh sazişi üçün əsas 5 prinsipi razılaşdırdığını demişdi.