Infoteka.az
Sosial

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq

Milli Hidrometeorologiya Xidmətindən "infoteka.az"-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında iyulun 16-dan 17-də səhərədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bildirilib ki, iyulun 16-da əsasən səhər və axşam, 17-dən 18-də səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, 17-də gündüz 22-26 dərəcə isti olacaq.

Bir neçə gün davam edən mülayım hava şəraitindən sonra iyulun 16-da qərb rayonlarından başlayaraq 18-də səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Dağlıq-Şirvan, Lənkəran-Astara bölgələrində yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Infoteka.az