Infoteka.az
Sosial

Kürdə suyun səviyyəsi niyə azalır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycanın əsas şirin su mənbəyi olan Kürdə suyun səviyyəsinin kəskin şəkildə azalmasına münasibət bildirib.

Kür çayının aşağı axımını qidalandıran ölkədaxili çaylarda suyun həcmi azalıb:

“Bu da Kür çayınının aşağı axımında suyun səviyyəsinə təsir edib. Bunu nəzərə alaraq Mingəçevir su anbarından buraxılan suyun həcmi saniyədə 80 kubmetr artırılıb. Yaxın bir neçə gün ərzində vəziyyət yenidən sabitləşəcək”.

Agentlikdən qeyd edilib ki, Mingəçevir su anbarında kifayət qədər su ehtiyatları toplanılıb.

Azərbaycanın ən böyük çayı, ölkənin isə əsas şirin su mənbəyi olan Kürdə suyun səviyyəsi yenə kəskin azalmağa başlayıb.

Bu vəziyyət daha çox çayın aşağı axın hissəsində, yəni Salyan və Neftçala rayonlarında müşahidə olunur.

Neftçala sakini Məmməd Bayramov deyir ki, heyvanlar su içə bilmirlər, həyətlərdə ağaclar məhv olur: “Su çəkiblər, amma o da 10 dəqiqə verilir və kəsilir. Həmin su da yodludur, ağacları məhv edir. Bizə Kürün suyu lazımdır".

Ekspert Sahib Həsənovun sözlərinə görə, yayın oğlan çayında Kür çayında suyun səviyyəsinin təxminən iki metr aşağı düşməsi təşviş və narahatçılıq doğurur: “10-12 gün əvvəl Kürdə suyun səviyyəsi normal idi. Bunun səbəbləri araşdırılmalıdır”.

Infoteka.az