2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.8% və ya 1 milyard 11.4 milyon dollar artaraq 3 milyard 916 milyon dollar təşkil edib.
Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində Azərbaycandan Türkiyəyə ixracın həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49.5% və ya 917 mln. dollar artaraq 2 milyard 768.9 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyədən Azərbaycana idxalın həcmi 9% və ya 94,4 milyon dollar artaraq 1 milyard 147.1 milyon dollara yüksəlib.