Infoteka.az
Dünya

Böyük Britaniyanın vəliəhd şahzadəsi Harri İngiltərəyə qayıtmaq istəyir

Böyük Britaniyanın vəliəhd şahzadəsi Harri İngiltərəyə qayıtmaq istəyir.

Bu barədə "Mirror" nəşrinə sasseks ailəsinə yaxın mənbələrdən biri məlumat verib.

O bildirib ki, Harri böyük qardaşı Uilyama zəng edərək barışıq əlini uzadıb. Şahzadə hətta aktrisa həyat yoldaşı Meqan Markla da ailəsi ilə birlikdə yaşamağı təklif edib.

Kral III Çarlz və Uilyam isə Harrinin evə qayıtmasına icazə vermək barədə düşünəcəklərini vəd ediblər.

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub. Kral ailəsi bu izdivacın olmasını isə istəmirdi. Harri və Meqan 2020-ci ildə kral ailəsindən ayrıldıqlarını elan edərək Amerikaya köçmüşdülər

Infoteka.az