Infoteka.az
Dünya

Avropa İttifaqı Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünün icrasını dərhal bərpa etməyə çağırıb

Avropa İttifaqı Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünün icrasını dərhal bərpa etməyə çağırıb.

Müvafiq bəyanat Aİ-nin Rusiya Federasiyasındakı nümayəndəliyinin saytında dərc olunub.

Sənəddə vurğulanıb ki, Avropa İttifaqı Moskvanın taxıl müqaviləsini ləğv etmək qərarını pisləyir.

Bəyanatda deyilir: “Razılaşmalara xitam verməklə Rusiya təkbaşına Ukraynadan ən mühüm ixrac marşrutlarından birini bağlayır və bütün dünyada taxıl tədarükünün pozulmasına və qlobal miqyasda ərzaq qiymətlərinin artmasına görə məsuliyyət daşıyır”.

Infoteka.az