Perunun ucqar bölgəsində avtobusun dərəyə aşması nəticəsində ən azı 12 nəfər ölüb, 15-dən çox adam yaralanıb.
Bu barədə Fitzkarrald əyalətinin meri Karlos Oyola RPP radiosuna bildirib.
"12 ölü və 15-dən çox yaralı var. Biz polis və səhiyyə işçiləri ilə birgə hələ də hadisə yerində işləyirik", - o deyib.
Qəza iyulun 18-də axşam saatlarında baş verib.
Yauyadan paytaxt Limaya gedən avtobus Ankaş bölgəsində 100 metrlik uçuruma yuvarlanıb.