Infoteka.az
Dünya

Moldova MDB PA haqqında Konvensiyanı denonsasiya edib

Moldova Respublikası MDB Parlamentlərarası Assambleyası haqqında Konvensiyanı denonsasiya edib.

MDB Parlamentlərarası Assambleyası ilə bağlı Konvensiyanın denonsasiyası təklifi Parlamentin sədri İqor Qrosuya məxsusdur.

Parlamentin sədri bildirib ki, Moldovanın Avropa vektorunu izləməklə ilə bağlı qəti mövqeyi kontekstində MDB Parlament Assambleyasının mövcud siyasəti, məqsəd və qərarları ilə onun ölkəsinin maraqları ilə uzlaşmır.

"Eyni zamanda, ölkəmiz MDB-yə üzv dövlətlərlə ikitərəfli səviyyədə, o cümlədən dostluq qrupları xətti üzrə parlamentlərarası əlaqələri davam etdirir", - o qeyd edib.

Infoteka.az