Infoteka.az
İqtisadiyyat

Azərbaycanın Bolqarıstana ixracı 4 dəfəyə qədər artıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Bolqarıstana 184 milyon 568 min dollar dəyərində məhsul ixtac edilib.

Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.7 dəfə və ya 134.7 milyon dollar çoxdur. 2022-ci ilin ilk 6 ayında Azərbaycandan Bolqarıstana 49 milyon 853 min dollar dəyərində məhsul ixrac edilmişdi.

Qeyd edək ki, hesabat dövründə Bolqarıstandan Azərbaycana idxal illik müqayisədə 32.8% və ya 6.7 milyon dollar azalaraq 13 milyon 886 min dollar olub.

Xatırladaq ki, cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 0.76% təşkil edib.

Infoteka.az