ABŞ-ın “İnter Mayami” klubu müdafiə xəttini yeni futbolçu ilə gücləmdirib.
MLS təmsilçisi “Barselona”dan ayrılan Xordi Albanı rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı sol cinah müdafiəçisi ilə 2024-cü ilin sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Xordi Alba “Barselona”nın yetirməsidir. İspaniya millisinin sabiq üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 459 rəsmi matçda 27 qol və 99 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Barselona”nın sabiq futbolçuları Lionel Messi və Serxio Buskets də “İnter Mayami”də çıxış edir.