Yeni Zelandiyanın ədliyyə naziri Kiri Allan sərxoş halda qəzaya uğrayıb.
Bu barədə "Interest.nz" portalı məlumat yayıb.
Qeyd olunub ki, nazir hadisədən sonra istefa ərizəsini yazıb.
Nazirin Vellinqtonda qəza keçirdiyini bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıblar və 4 saatdan sonra mərkəzi polis bölməsindən buraxılıblar.
Allan sərxoş vəziyyətdə avtomobil idarə etməkdə və həbsə müqavimət göstərməkdə ittiham olunub.