Infoteka.az
Hadisə

Şirvanda zavodda partlayış nəticəsində ölən və xəsarət alanın kimliyi bilinib

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

Ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Mehman Həsən oğlu Əhmədovdur.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Səbinə Elyas qızı Şəkərova olduğu bildirilir.

Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun sözlərinə görə, partlayış qurumun “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən baş verib.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı olub.

Hadisə saat 11:30-da qeydə alınıb.

Yığma sexində sursatın partlaması nəticəsində bir işçi ölüb. Müxtəlif xəsarətlər alan digər bir işçi isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Infoteka.az