Lionel Messinin “İnter Mayami”dəki debüt matçı ABŞ televiziyasında rekorda imza atıb.
Meksika “Krus Asul”u ilə oyuna 12,5 milyona yaxın tamaşaçı baxıb. Bu, tarixin ən yaxşı göstəricisidir.
Xatırladaq ki, argentinalı hücumçu sözügedən matçın 90+4-cü dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasına 2:1 hesablı qələbə qazandırıb.